...

Azərbaycanda ilk iş günü üçün hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 10 Fevral 2013 16:18 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında gələn həftənin ilk günündə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var.
Azərbaycanda ilk iş günü üçün hava proqnozu açıqlanıb

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir M.Əliyev/

Bakıda və Abşeron yarımadasında gələn həftənin ilk günündə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər ki, yarımadada temperaturun gecə 3-7 dərəcə isti, gündüz 7-11 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın regionlarında fevralın 11-i havanın bəzi yerlərdə yağıntılı olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Dağlıq rayonlarda səhər saatlarında duman olacağı, temperaturun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi yerlərdə 5 dərəcəyədək şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti