...

Azərbaycanda qəbul imtahanlarında yenilik tətbiq ediləcək

Cəmiyyət Materials 11 Fevral 2013 10:32 (UTC +04:00)
Azərbaycanda bu ilki və əvvəlki illərin məzunları üçün ali məktəblərə qəbul imtahanlarının ayrı-ayrı vaxtlarda keçirilməsi nəzərdə tutulur.
Azərbaycanda qəbul imtahanlarında yenilik tətbiq ediləcək

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bu ilki və əvvəlki illərin məzunları üçün ali məktəblərə qəbul imtahanlarının ayrı-ayrı vaxtlarda keçirilməsi nəzərdə tutulur. Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

"Biz də istəyərdik ki, bu ilki və əvvəlki illərin məzunlarının imtahanları müxtəlfi vaxtlarda keçirilsin. Tədiricən də buna gedəcəyik. Əvvəlki illərin məzunlarının imtahanı yazda keçirək, sonra buraxılış imtahanları və daha sonra bu ilin məzunlarının qəbul imtahanları olsun", - Abbaszadə deyib.

Onun sözlərinə görə, ancaq bununla əlaqədar cox ciddi araşdırmalar aparılmalıdır. Eyni zamanda test suallarının kolibirləşdirilməsi aparılmalıdır ki, müxtəlif testlərdən istifadə edən zaman məzunların qabiliyyətini və biliyini müqayisə etmək mümkün olsun.

Komissiya sədri deyib ki, bunun üçün qiymətləndiirlmədə statistik ballar modelinə keçilməlidir. Bu statistik modelə keçmək isə mərhələli şəkildə olmalıdır.

Abbaszadə bildirib ki, bu statistik modeli əvvəlcə buraxılış imtahanında tətbiq edib məzunlara öyrədilməlidir. Ondan sonra isə bu model qəbul imtahanlarında tətbiq edilə bilər.

"Seçmənin statistik göstəriciləri əsasında hər insanın o seçmədə yeri müəyyənləşir. Seçmənin ümumi nəticəsi də hər bir fərd insanın nəticəsinə təsir göstərir. Seçmə daha güclüdürsə, sizin həmin nəticəniz orta nəticə ola bilər. Seçmə zəifdirsə, sizin nəticəsiniz yüksək yer tuta bilər",- abbaszadə deyib.

O əlavə edib ki, bu modelə keçmə insanlarda bəzi suallar da yarada biləcək. Bunun üçün insanların da ona hazır olması laızmdır.

"Misal üçün, aprel ayında 100 sualdan 50-ə düzgün cavab verən adamla may ayında həmin imtahanı verən 100 sualdan 40-a düzgün cavab verən adamın balları bir şkalaya gətirilir. Və müəyyən olunur ki, onlar eyni səviyyədə statistik qiymət alırlar. Onda apreldə imtahan vrən adam deyə bilər ki, axı, mən 50 suala düzgün vermişəm, bu qırx suala. Biz niyə biz eyni səviyyədə statistik qiymət almışıq? Çünki bu sualların çətinliyi həmin statistik modelə görə belə uyğunlaşıb. Bax, buna uşaqlar hələ öyrəşməyiblər. Buna görə də biz bunu gərək addım-addım tətbiq edək ki, valideynlər sonra bu sualları bizə verməsinlər",-TQDK sədri deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti