...

Azərbaycanda magistraturaya daxil olmaq istəyənlər üçün sınaq imtahanı 4 şəhərdə keçiriləcək

Cəmiyyət Materials 11 Fevral 2013 10:56 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya daxil olmaq istəyən gənclərə kömək məqsədilə qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanını respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəranda keçirəcək.
Azərbaycanda magistraturaya daxil olmaq istəyənlər üçün sınaq imtahanı 4 şəhərdə keçiriləcək

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya daxil olmaq istəyən gənclərə kömək məqsədilə qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanını respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəranda keçirəcək.

Komissiyanın mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, magistraturaya qəbul imtahanlarına hazırlaşan gənclərə kömək məqsədilə fevralın 17-də ilk dəfə olaraq sınaq imtahanları keçiriləcək.

Sınaq imtahanına yazılış fevralın 6-dan başlanıb və artıq 6000-dən artıq bakalavr qeydiyyatdan keçib. Həmin imtahana yazılmaq üçün müddət fevralın 14-də saat 10:00-da başa çatacaq.

Sınaq imtahanında iştirak etmək istəyənlər yalnız TQDK-nın internet saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Bunun üçün ödəmə kartı əldə etmək lazımdır.

Namizədlər Azercell və NAR Mobile nömrələrindən 7735 nömrəsinə boş SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq. Bundan başqa həmin kartları Netmoney və Golden Pay universal ödəmə kartları vasitəsilə ödəniş etməklə də almaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti