...

Azərbaycan Təhsil Nazirliyi ötən il şikayət edilən ali məktəblərin adlarını açıqlayıb

Cəmiyyət Materials 11 Fevral 2013 11:47 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ötən il şikayət xarakterli müraciətlərin daxil olduğu ali məktəblərin adlarını açıqlayıb.
Azərbaycan Təhsil Nazirliyi ötən il şikayət edilən ali məktəblərin adlarını açıqlayıb

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ötən il şikayət xarakterli müraciətlərin daxil olduğu ali məktəblərin adlarını açıqlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ötən il "Qaynar xətt" xidmətinə Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarından 14, Bakı Dövlət Universitetindən 13, Azərbaycan Dövlət Pedaqoji Universitetindən 9, Sumqayıt Dövlət Universitetindən 9, Azərbaycan Dillər Universitetindən 8, Azərbaycan Dövlət İqtisad Universitetindən 3, Azərbaycan Texnologiya Universitetindən 3, Azərbaycan Dövlət Neft Akademiyasından 2, Gəncə Dövlət Universitetindən 2, Azərbaycan Turizm Universitetindən 2, Azərbaycan Dövlət Aqrar Universitetindən 2, Bakı Slavyan Universitetindən 2, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən 1, Lənkəran Dövlət Universitetindən 1, Azərbaycan Texniki Universitetindən 1, Azərbaycan Rəssamlıq Akademiyasından 1, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından 1, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetindən 7, Qafqaz Universitetindən 4, Bakı Avrasiya Universitetindən 3, Bakı Asiya Universitetindən 3, Qərb Universitetindən 3, Təfəkkür Universitetindən 3, Bakı Biznes Universitetindən 2, Odlar Yurdu Universitetindən 1, Azərbaycan Kooperasiya Universitetindən 1, Azərbaycan İctimai-Siyasi Universitetindən 1 olmaqla, ümumilikdə 102 müraciət daxil olub. Bu isə 2011-ci ildə ali təhsil müəssisələrindən daxil olmuş müraciətlərlə müqayisədə 35 faiz azdır.

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə, ali təhsil müəssisələrinin "Qaynar xətt" xidmətlərinə və imtahan qərargahına daxil olan müraciətlərə baxılması nəticəsində AMİ-nin Qazax, Şamaxı, Salyan, Quba, Ağcabədi filiallarının direktorları vəzifələrindən azad edilib, Bakı Dövlət Universitetində 11 nəfər, Azərbaycan Dövlət Pedaqoji Universitetində 3 nəfər, Sumqayıt Dövlət Universitetində 4 nəfər, Azərbaycan Dövlət İqtisad Universitetində 20 nəfərdən çox, Azərbaycan Kooperasiya Universitetində isə 4 nəfər əməkdaşa intizam tənbehi tətbiq olunub.

Ümumilikdə ötən il Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 15463 müraciət daxil olub. Müraciətlərin 14678-i sorğu, 785-i isə şikayət xarakterlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti