...

QHT-lərə Dövlət Dəstəyi Şurası ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar beynəlxalq yazı müsabiqəsi elan edir

Cəmiyyət Materials 11 Fevral 2013 15:05 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkiyə və Rumıniyanın ictimai xadim, yazıçı, publisist və jurnalistlərini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar beynəlxalq yazı müsabiqəsində iştirak etməyə dəvət edir.
QHT-lərə Dövlət Dəstəyi Şurası ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar beynəlxalq yazı müsabiqəsi elan edir

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkiyə və Rumıniyanın ictimai xadim, yazıçı, publisist və jurnalistlərini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar beynəlxalq yazı müsabiqəsində iştirak etməyə dəvət edir.

Şuradan Trend-ə verilən məlumata görə, müsabiqə yazıları Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkiyə və Rumıniyanın aparıcı çap mətbuatında Heydər Əliyev şəxsiyyəti və onun beynəlxalq ictimai-siyasi fəaliyyəti, həmin ölkələrlə Azərbaycanın dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasındakı rolu haqqında mövzuları əhatə etməlidir.

Müsabiqə çərçivəsində yazılar 15 fevral - 31 mart 2013-cü il tarixədək həmin ölkələrdəki Azərbaycan səfirliklərinə təqdim edilməlidir.

Hər bir ölkə üzrə ən yaxşı sayılan 1 məqalə mükafatlandırılacaq. Hər bir mükafatın məbləği 3000 (üç min) avrodur.

Qaliblərin mükafatlandırılması 2013-cü ilin may ayının birinci ongünlüyündə Bakıda həyata keçiriləcək.

Əlavə məlumat üçün Şuraya, eləcə də Azərbaycan Respublikasının yuxarıda adı çəkilən ölkələrdəki səfirliklərinə müraciət etmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti