...

Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin müsahibə mərhələsi davam edir

Cəmiyyət Materials 12 Fevral 2013 17:00 (UTC +04:00)
Dövlət qulluğuna qəbulla bağlı Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi müsabiqənin müsahibə mərhələsi davam edir.
Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin müsahibə mərhələsi davam edir

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İ.İzzət/

Dövlət qulluğuna qəbulla bağlı Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi müsabiqənin müsahibə mərhələsi davam edir.

Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komissiya tərəfindən dövlət qulluğuna qəbulla bağlı 7, 14, 17 avqust, 6 sentyabr, 5 və 24 oktyabr 2012-ci il tarixlərdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi davam edir. Müsabiqədə iştirak etmək üçün qeydə alınmış 7593 nəfərdən 1744 nəfəri test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçib. Onlardan 1386 nəfəri müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün sənədlərini Komissiyaya təqdim edib.

Müsabiqənin müsahibə mərhələsi 3 dekabr 2012-ci il tarixdən başlanıb. İndiyə kimi müsahibədə iştirak etmiş 505 namizəddən 187 nəfəri bu mərhələdən də uğurla keçib. Elan edilmiş müsabiqənin müsahibə mərhələsi 26 dövlət orqanı üzrə başa çatıb. Müsahibədən uğurla keçmiş namizədlər Komissiya tərəfindən həmin dövlət orqanlarına təqdim edilib.

Müsabiqə başa çatmış dövlət orqanları üzrə müsahibə mərhələsinin nəticələri aşağıdakı kimi olub:

S/s

Dövlət orqanının adı

Müsahibədə iştirak edənlərin sayı

Müsahibədən uğurla keçənlərin sayı

1

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

79

33

2

Əmlak Məsələləri Dövlət Komitəsi

81

29

3

İqtisadi İnkişaf Nazirliyi

61

28

4

Dövlət Sosial Müdafiə Fondu

24

15

5

Mədəniyyət və Turizm Nazirliyi

30

11

6

Sənaye və Energetika Nazirliyi

31

8

7

Nəqliyyat Nazirliyi

25

6

8

Gəncə Apellyasiya Məhkəməsi

13

5

9

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

11

5

10

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi

16

4

11

Milli Arxiv İdarəsi

8

4

12

Dövlət Statistika Komitəsi

8

4

13

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

7

4

14

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

7

4

15

Dövlət Dəniz Administrasiyası

18

3

16

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

13

3

17

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi

12

3

18

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

6

3

19

Kənd Təsərrüfatı Nazirliyi

6

3

20

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

6

3

21

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi

6

2

22

Satınalmalar üzrə Dövlət Agentliyi

4

2

23

Cəlilabad Hərbi Məhkəməsi

3

2

24

Səhiyyə Nazirliyi

14

1

25

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

12

1

26

Şirvan Apellyasiya Məhkəməsi

4

1

Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə müsahibədə iştirak etmiş 3 namizəddən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə müsahibədə iştirak etmiş 7 namizəddən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üzrə müsahibədə iştirak etmiş 6 namizəddən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi üzrə müsahibədə iştirak etmiş 3 namizəddən, Bakı Apellyasiya Məhkəməsi üzrə müsahibədə iştirak etmiş 8 namizəddən, Milli Televiziya və Radio Şurası üzrə müsahibədə iştirak etmiş 4 namizəddən heç biri vəzifəyə uyğun hesab edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti