...

“Azərbaycan həqiqətləri” adlı filmlərdən ibarət toplu Gürcüstanda təqdim olunacaq

Cəmiyyət Materials 13 Fevral 2013 10:05 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) hazırladığı “Azərbaycan həqiqətləri” adlı filmlərdən ibarət toplunun fevralın 15-də Gürcüstanda təqdimatı keçiriləcək.
“Azərbaycan həqiqətləri” adlı filmlərdən ibarət toplu Gürcüstanda təqdim olunacaq

Azərbaycan, Bakı, 13 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) hazırladığı "Azərbaycan həqiqətləri" adlı filmlərdən ibarət toplunun fevralın 15-də Gürcüstanda təqdimatı keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü AVCİYA-dan bildirilib.

Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi tərəfindən təşkil ediləcək tədbirdə Gürcüstan ictimaiyyətinin nümayəndələri, millət vəkilləri, ziyalılar, KİV və QHT təmsilçiləri iştirak edəcəklər.

"Azərbaycan həqiqətləri" adlı filmlərdən ibarət topluda 20-ci əsrin əvvəllərində erməni terror dəstələrinin, erməni silahlı dəstələrinin Azərbaycanda dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlar "Soyqırım:Bakı", "Soyqırım:Quba", "Soyqırım: Şamaxı" adlı 3 film 3 diskdə topluda öz əksini tapır. Topluda Ermənistanın 20-ci əsrin sonlarında Azərbaycan torpaqlarını işğal edən zaman həyata keçirdiyi soyqırımlar "Xocalı soyqırımı", "Qaradağlı soyqırımı", "Ağdaban faciəsi" adlı 3 film şəklində yer alıb. Bundan başqa, kataloqda Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Şuşa və Ağdam şəhərlərində həyata keçirdikləri vandalizm aktlarını özündə əks etdirən "Şuşa:Dağıdılmış mədəniyyət beşiyi" və " Ağdam: Qafqazın xirosiması" filmləri də yerləşdirilib.

"Azərbaycan həqiqətləri" adlı filmlərdən ibarət toplu Azərbaycan və ingilis dillərində hazılanıb. Toplunun nüsxələri Azərbaycan barədə həqiqətlərinidaha da geniş yayılması məqsədilə Gürcüstanın dövlət qurumlarına, parlamentinə, millət vəkillərinə, qeyri-hökumət təşkilatlarına, KİV, universitetlərə və kitabxanalara paylanacaq. Eyni zamanda kataloqun Azərbaycan dilində olan nüsxələri soydaşlarımız, böyüyən gənc nəsillər arasında həqiqətlərimizin daha geniş öyrənilməsi üçün gənclər təşkilatlarına, QHT-na, KİV-lərə və böyük məktəblərə veriləcək. Layihənin rəhbəri millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva və millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) rəhbəri Elxan Süleymanovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti