...

Magistraturaya sənəd verən bakalavrların sayı 2500-ü ötüb

Cəmiyyət Materials 13 Fevral 2013 14:02 (UTC +04:00)
2013-2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına bu gün saat 14:00-dək 2586 bakalavr sənəd verib.
Magistraturaya sənəd verən bakalavrların sayı 2500-ü ötüb

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İsabalayeva/

2013-2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına bu gün saat 14:00-dək 2586 bakalavr sənəd verib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə çərşənbə günü Trend-ə bildirib ki, onların 1365 nəfəri ərizələrini təsdiqlədib. Ərizələrini təsdiqləmiş bakalavrların 1220-si Azərbaycan, 145-i rus bölməsi üzrə sənəd verib.

Magistraturaya sənəd qəbuluna fevralın 11-dən başlanılıb. Bakalavrlar fevralın 21-dək ərizələrini doldurmalı, fevralın 22-dək ərizələrini təsdiq etdirməlidirlər.

Azərbaycanda ilk dəfə olaraq magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsi üzrə fevralın 17-də keçiriləcək sınaq imtahanında iştirak etmək üçün 7 minə yaxın bakalavr qeydiyyatdan keçib.

Qəbul imtahanının birinci mərhələsi martın 3-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti