...

Azərbaycanda işsiz qalan məcburi köçkünlərə orta əməkhaqlarının verilmə müddəti uzadılıb

Cəmiyyət Materials 13 Fevral 2013 15:06 (UTC +04:00)
Azərbaycanda büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə orta əməkhaqlarının verilmə müddəti gələn il yanvarın 1-dək uzadılıb.
Azərbaycanda işsiz qalan məcburi köçkünlərə orta əməkhaqlarının verilmə müddəti uzadılıb

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə orta əməkhaqlarının verilmə müddəti gələn il yanvarın 1-dək uzadılıb.

Bununla bağlı Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında" qərar verib.

NK-dan çərşənbə günü Trend-ə verilən məlumata görə, Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm nazirliklərinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tabeliyində olan qurumlarda vakant iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirmək tapşırılıb. Bu qurumlar görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə tapşırılıb ki, məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

Bu qərar 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti