...

Gəncə sakini 149 745 manat uddu

Cəmiyyət Materials 13 Fevral 2013 16:07 (UTC +04:00)
Yanvarın 24-də “Azərlotereya” ASC-nin təşkil etdiyi “6/40” lotereyasının 200-cü tirajında rekord məbləğdə - 149 min 745 manat “cek pot” udulub.
Gəncə sakini 149 745 manat uddu

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Yanvarın 24-də "Azərlotereya" ASC-nin təşkil etdiyi "6/40" lotereyasının 200-cü tirajında rekord məbləğdə - 149 745 manat "cek pot" udulub.

Uduşlu biletin sahibi Gəncə şəhər sakini Cavid Dilqəm oğlu Məmmədovdur. Artıq qazanılan məbləğin Cavid Məmmədovun bank hesabına köçürülməsi təmin edilib.

Qeyd edək ki, "Azərlotereya" ASC-nin bütün tirajlı lotereyalarında əsas uduşların məbləği 100 min manatı ötüb. Bu isə 2013-cü ildə keçirilən lotereya oyunlarında uduşların daha çox olacağını göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti