...

Şəkidə silahlı şəxslərlə bağlı cinayət işi açılıb

Cəmiyyət Materials 13 Fevral 2013 18:12 (UTC +04:00)
Fevralın 10-da saat 20:45-də Şəki şəhərinin "Daşqaya" adlanan ərazisində naməlum şəxslərin odlu silahdan atəş açmaları barədə şəhər Polis Şöbəsinə daxil olmuş məlumat əsasında şöbənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Şəki şəhər sakini, 1976-cı il təvəllüdlü Yalçın Əsgərzadə və əvvəllər məhkum edilmiş Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Anar Şəfiyev müəyyən edilərək saxlanılıblar.
Şəkidə silahlı şəxslərlə bağlı cinayət işi açılıb

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İzzət/

Fevralın 10-da saat 20:45-də Şəki şəhərinin "Daşqaya" adlanan ərazisində naməlum şəxslərin odlu silahdan atəş açmaları barədə şəhər Polis Şöbəsinə daxil olmuş məlumat əsasında şöbənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Şəki şəhər sakini, 1976-cı il təvəllüdlü Yalçın Əsgərzadə və əvvəllər məhkum edilmiş Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Anar Şəfiyev müəyyən edilərək saxlanılıblar.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Polis Şöbəsində Yalçın Əsgərzadənin idarə etdiyi "Toyota Land Cruser Prado" markalı avtomobilə baxış zamanı 1 ədəd "Makarov" tipli tapança, 1 ədəd patron darağı və 12 ədəd patron, Anar Şəfiyevin idarə etdiyi "VAZ- 21154" markalı avtomobildən isə 4 ədəd tapança patronları aşkar olunaraq maddi sübut kimi götürülüb.

Fakta görə Şəki şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti