...

Azərbaycan ərazisində "yaz hava"sı davam edəcək

Cəmiyyət Materials 14 Fevral 2013 12:36 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında fevralın 15-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Azərbaycan ərazisində "yaz hava"sı davam edəcək

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ərazisində "yaz hava"sı davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında fevralın 15-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2 gün ərzində atmosfer təzyiqinin xeyli enməsi, 15-də arabir güclənən gilavar küləyinin 16-da xəzri küləyi ilə əvəz olunması bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti