...

Azərbaycanda bir neçə orta məktəb akkreditasiyadan keçib

Cəmiyyət Materials 14 Fevral 2013 15:02 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyinin Akkreditasiya Şurası bir neçə orta məktəbi akkreditasiyadan keçirib.
Azərbaycanda bir neçə orta məktəb akkreditasiyadan keçib

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyinin Akkreditasiya Şurası bir neçə orta məktəbi akkreditasiyadan keçirib.

Trend-in cümə axşamı nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər 225 nömrəli tam orta məktəb, Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey və Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbin fəaliyyəti "kafi" qiymətləndirilib.

Qeyd olunan təhsil müəssisələrinin akkreditə olunması barədə qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti