...

YAP Nizami rayon təşkilatının sədri vertolyot qəzası zamanı həlak olmuş leytenant Bəhruz Zeynalovun ailəsinə baş çəkib (FOTO)

Cəmiyyət Materials 14 Fevral 2013 14:58 (UTC +04:00)
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva vertolyot qəzası nəticəsində həlak olmuş leytenant Zeynalov Bəhruz Novruz oğlunun ailəsinə baş çəkib. Yas mərasimində iştirak edən millət vəkili mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
YAP Nizami rayon təşkilatının sədri vertolyot qəzası zamanı həlak olmuş leytenant Bəhruz Zeynalovun ailəsinə baş çəkib (FOTO)

Azərbaycan, Bakı, 14 fevral /Trend/

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva vertolyot qəzası nəticəsində həlak olmuş leytenant Zeynalov Bəhruz Novruz oğlunun ailəsinə baş çəkib. Yas mərasimində iştirak edən millət vəkili mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

Trend-in məlumatına görə, Sədaqət Vəliyeva leytenant Bəhruz Zeynalovun ailəsi və yaxınları ilə görüşdə bildirib ki, Vətən qarşısında borcunu qəhrəmanlıqla yerinə yetirərək, həlak olmuş bu gənclərimizlə bu gün dünyadakı bütün azərbaycanlılar fəxr edir, onların ruhu qarşısında baş əyir. "Böyüyən gəncliyimiz bu cür gənclərdən, qəhrəmanlardan, şəhidlərimizdən örnək götürməlidir", - deyən millət vəkili Vətən, torpağ üçün canından keçən oğullarımızın əbədi olaraq, Azərbaycan tarixində yaşayacağını bildirib.

YAP Nizami rayon təşkilatının sədri deyib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətən uğrunda canından keçən övladalarımızın ailələrininə göstərdiyi diqqət və qayğı hamımız, hər bir azərbaycanlı üçün örnək olmalıdır, hamımız onlara böyük diqqət göstərməliyik.

Leytenant Bəhruz Zeynalovun atası Novruz Zeynalov yalnız "Vətən sağ olsun" deyir. Kədərini gizlədə bilməyən Novruz Zeynalov oğlunun qəhrəmanlığının ona təsəlli verdiyini də bildirib. Həlak olmuş zabitin ailəsi Bəhruz Zeynalov ilə fəxr etdiklərini, Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına inandıqlarını söyləyiblər.

Qeyd edək ki, leytenant Bəhruz Zeynalov ailənin kiçik oğlu olub. Əslən Ağdam rayonundan olan Bəhruz Zeynalov hələ kiçik yaşlarından hərbçi olmağı arzulayıb və C.Naxçıvanski adına hərbi Litseyə daxil olmaqla bu istəyini reallaşdırıb. Məhz, pilotluq da onun öz seçimi olub. Leytenant Bəhruz Zeynalovun atası Novruz Zeynalov isə Dağlıq Qarabağ müharibəsinin iştirakçısı olub.

Xatırladaq ki, fevral ayının 11-də Bakıda hərbi helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində ekipaj üzvləri kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti