...

Azərbaycanda sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılır (FOTO)

Cəmiyyət Materials 14 Fevral 2013 15:48 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə sosial təminat sisteminin təkmilləşdirilməsinə göstərdiyi xüsusi diqqət və qayğıya uyğun olaraq, sosial xidmət müəssisələrində müasir tələblərə cavab verən şəraitin yaradılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin əsas prioritetlərindən birinə çevrilib.
Azərbaycanda sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılır (FOTO)

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə sosial təminat sisteminin təkmilləşdirilməsinə göstərdiyi xüsusi diqqət və qayğıya uyğun olaraq, sosial xidmət müəssisələrində müasir tələblərə cavab verən şəraitin yaradılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin əsas prioritetlərindən birinə çevrilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu istiqamətdə görülən işlərin davamı kimi, nazirliyin Bilgəh Müharibə və əmək əlilləri pansionatında (Qocalar evi) əsaslı təmir işləri yerinə yetirilməklə, pansionat üçün 5 mərtəbəli 170 yerlik ikinci korpus inşa olunur.

Azərbaycan Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən inşa etdirilən binanın tikintisi cari ildə başa çatdırılacaq. Yeni korpusda qabaqcıl beynəlxalq təcrübədən irəli gələn meyarlara uyğun olaraq, tənha ahıl və əlillərin daha keyfiyyətli tibbi-sosial xidmətlə təmin edilməsi, asudə vaxtlarının mənalı təşkili üçün müvafiq şərait, kitabxana və idman zalları, onların özünüməşğulluğu üçün emalatxanalar yaradılacaq. Binanın ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq.

Qeyd edək ki, son illərdə Şaqan 3 saylı, Saray 7 saylı, Buzovna 9 saylı internat evlərində nümunəvi yaşayış şəraiti yaradılıb. Digər sosial xidmət müəssisələrində də müasir tələblərə uyğun şəraitin yaradılması nəzərdə tutulur. Belə ki, nazirliyin 1№-li Şamaxı İxtisaslaşdırılmış Ruhi-Əsəb İnternat Evinin əsaslı təmiri və yeni korpusunun tikintisi, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzinin, 8 №-li Göygöl İxtisaslaşdırılmış Ruhi-Əsəb İnternat Evinin əsaslı təmir və yenidən qurulması işləri aparılacaq.

Müasir dövlət quruculuğunun geniş vüsət aldığı ölkəmizdə sosial müdafiə əhəmiyyətli yeni obyektlərin yaradılmasına da başlanılıb. Bununla bağlı olaraq, hazırda Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa etdirilir. 2013-cü ildə həmin obyektlərin istifadəyə verilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti