...

Səhiyyə Nazirliyi: Azərbaycanda doğuşların təbii yolla aparılmasının zəruriliyinə diqqət artırılmalıdır

Cəmiyyət Materials 14 Fevral 2013 16:13 (UTC +04:00)
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, bunu səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə Azərbaycanda doğuşayardım xidmətinin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclasında nazirliyin Tibbi yardım təşkili şöbəsini müdiri Gülmirzə Poladova deyib.
Səhiyyə Nazirliyi: Azərbaycanda doğuşların təbii yolla aparılmasının zəruriliyinə diqqət artırılmalıdır

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda doğuşların təbii yolla aparılmasının zəruriliyinə diqqət artırılmalıdır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, bunu səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə Azərbaycanda doğuşayardım xidmətinin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclasında nazirliyin Tibbi yardım təşkili şöbəsini müdiri Gülmirzə Poladova deyib.

2007-ci ildə 151 mindən artıq uşaq doğulmuşdursa, 2012-ci il ərzində 173 547 diri doğulmuş qeydə alınıb. Körpə ölümü göstəricisi 2007-ci ildə 12,1-ə, 2012-ci ildə 10,8-ə, ana ölümü 2007-ci ildə 34,5-ə, 2012-ci ildə isə 14,9-a bərabər olub.

Poladov deyib ki, son illər ərzində evdə doğuşların sayında azalma müşahidə olunur. Belə ki, 2007-ci ildə evdə doğuşların sayı ümumi diri doğulmuşların sayına görə 3,5% təşkil etmişdirsə, 2012-ci ildə bu göstərici 3 dəfə azalıb.

Poladov bildirib ki, doğuşayardım xidmətinin daha da təkmilləşməsi, problemlərin aradan qaldırılması üçün Səhiyyə Nazirliyi müxtəlif istiqamətlərdə ciddi tədbirlər görür. Hazırda neonatoloji xidmətin təkmilləşdirilməsi istiqamətində vacib işlərin görülməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti