...

TQDK sədri: Dövlət sifarişli yerlər üzrə qəbul planındakı dəyişiklik yalnız artımla bağlı ola bilər

Cəmiyyət Materials 14 Fevral 2013 16:33 (UTC +04:00)
2013-2014-cü tədris ili üçün Azərbaycanın ali məktəblərində dövlət sifarişli plan yerləri üzrə qəbul planında dəyişiklik yalnız müəyyən ixtisaslarla bağlı yerlərin sayındakı artımla əlaqədar ola bilər. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə bildirib.
TQDK sədri: Dövlət sifarişli yerlər üzrə qəbul planındakı dəyişiklik yalnız artımla bağlı ola bilər

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir M.Əliyev/

2013-2014-cü tədris ili üçün Azərbaycanın ali məktəblərində dövlət sifarişli plan yerləri üzrə qəbul planında dəyişiklik yalnız müəyyən ixtisaslarla bağlı yerlərin sayındakı artımla əlaqədar ola bilər. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə bildirib.

O bildirib ki, istənilən halda dövlət sifarişli plan yerləri üzrə azalma olmayacaq.

Abbaszadənin sözlərinə görə, ötən il Nazirlər Kabineti tərəfindən dövlət sifarişli yerlər üzrə qəbul olunan 3 illik qəbul planı qüvvəsində qalır.

TQDK sədri qəbul prosesi zamanı əsas müsabiqə vəziyyətinin dövlət sifarişli yerlər üzrə yarandığından abituriyentlərə və onların valideynlərinə həmin yerlərə indidən nəzər salmağı məsləhət görüb.

"Ödənişli təhsil forması üzrə isə Azərbaycanın həm özəl, həm də dövlət ali məktəblərində kifayət qədər plan yerləri olur. Ötənilki qəbulun nəticələri göstərdi ki, ödənişli əsaslarla təhsil almaq istəyənlər çox az balla seçdikləri ali məktəbə qəbul ola bilirlər. Lakin belə faktlar da olub ki, 200-300-dən yuxarı bal toplayan və dövlət sifarişli yerlərə qəbul olmayan şəxslər orta ixtisas təhsili müəssisələrində dövlət hesabına təhsil almağa üstünlük verirlər", - TQDK sədri deyib.

Bu ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunduğunu xatırladan Abbaszadə gənclərin bu sahəyə diqqət yönəltmələrini də istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti