...

Fuad Muradov: Azərbaycan gəncliyi daima dövlətçiliyin qorunmasında maraqlıdır

Cəmiyyət Materials 14 Fevral 2013 19:12 (UTC +04:00)
Azərbaycan gəncliyi daima dövlətçiliyin qorunmasında maraqlıdır.
Fuad Muradov: Azərbaycan gəncliyi daima dövlətçiliyin qorunmasında  maraqlıdır

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan gəncliyi daima dövlətçiliyin qorunmasında maraqlıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Fuad Muradov Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans zamanı məmularla bağlı ciddi tənqid və iradlarına münasibət bildirirəkən vurğulayıb.

"Cənab prezident mütəmadi olaraq cəmiyyətdə gedən proseslərlə bağlı öz fikirlərini lazımı şəkildə bildirir, lazım olan hər sözü deyir. Bəzi insanlar bu fikirlərdən özlərinə nəticə çıxarmalıdır", - millət vəkili bildirib.

Prezident İlham Əliyevin nazir və məmur övladlarının özbaşınalığı ilə bağlı sərt çıxışına toxunan Muradov gənclərin dövlət başçısını dəstəklədiyini bildirib.

"Gənclərlə çalışan biri olaraq deyə bilərəm ki, belə problemli hallar mövcuddur. Bəziləri hərdən cızığından çıxır. Ölkə başçımız da bununla bağlı öz sərt fikirlərini deyib", - Muradov bildirb.

Muradov qeyd edib ki, Azərbaycan gəncləri hər zaman Prezident İlham Əliyevin yanındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti