...

Qərb bölgəsindəki arxeoloji qazıntılara AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupu nəzarət edir (FOTO)

Cəmiyyət Materials 14 Fevral 2013 21:40 (UTC +04:00)
Azərbaycanın Qərb bölgəsində arxeoloji qazıntı işləri müntəzəm olaraq həyata keçirilir. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupu isə arxeoloji qazıntı işləri aparılan ərazilərdə qrupa rəhbərlik edir və tədqiqatla məşğul olur.
Qərb bölgəsindəki arxeoloji qazıntılara AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupu nəzarət edir (FOTO)

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir B.Suleymanlı/

Azərbaycanın Qərb bölgəsində arxeoloji qazıntı işləri müntəzəm olaraq həyata keçirilir. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupu isə arxeoloji qazıntı işləri aparılan ərazilərdə qrupa rəhbərlik edir və tədqiqatla məşğul olur. Trend xəbər verir ki, Arxeoloji tədqiqatların sistemli şəkildə aparılması məqsədilə görülən işlərə Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi tərəfindən nəzarət edilir.

Gəncə arxeoloji ekspedisiyasının rəhbəri Arif Məmmədovun sözlərinə görə, arxeoloji qazıntı aparılacaq hər bir abidə üçün Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru tərəfindən hökmən vəkələtnamə alınmalıdır.

"Ancaq vəkələtnamə alan şəxs həmin abidədə və ya həmin ərazidə arxeoloji tədqiqat işini apara bilər. Bundan başqa arxeoloji iş aparılan zaman təcrübəli arxeoloqla yanaşı tərcüməni bilən mütəxəsisə də böyük ehtiyac duyulur" - deyə Məmmədov əlavə edib.

Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Arif Məmmədovun sözlərinə görə, ötən il
Gəncədə aparılan işlər zamanı Gəncənin mədəniyyətini və qədimliyini təsdiq edən yeni faktlar üzə çıxarılıb: "Gəncə Azərbaycanın ən qədim şəhərlərindən biridir. Ona görə də AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu digər şəhərlərlə birlikdə Gəncə şəhərinin də arxeoloji tədqiqinə xüsusi fikir verir. Bu məqsədlə də hər il AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə arxeoloji ekspedisiyası mövsümü olaraq Gəncə ərazisində, eləcə də ətraf ərazilərində arxeoloji tədqiqat işləri aparır".

Şöbə müdiri ötən il Gəncədə aparılan arxeoloji qazıntılar zamanı Gəncənin tarixinə aid yeni, maraqlı faktlat və tapıntılar aşkarlandığını bildirib. Arif Məmmədov həmin tapıntıların bir hissəsinin artıq ümumiləşdirilərək nəşr olunduğunu da bildirib.

"2012-ci ildə Gəncə arxeoloji ekspedisiyası əsasən Samux rayonu ərazisindəki qədim Gəncənin ərazisi hesab edilən şəhər burnu deyilən yaşayış yerində, eyni zamanda Gəncəçayın sol sahilində, Gədəbəy rayonunda - Qız qalası və Mahrasa məbədlərində, Ağstafa ərazisində Keşici qalada və təsadüfi tapıntı ilə bağlı Tovuz rayonunun Qəribli kəndi ərazisində arxeoloji qazıtı və kəşfiyyat işləri aparılıb" - şöbə müdiri deyib.

Qeyd edək ki, Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə, Qazax, Ağstafa, Tovuz və Goranboyda ayrı-ayrı ekspedisiyaları fəaliyyət göstərir. Həmin ekspedisiyalar il boyu davam etdirilir. Azərbaycanın digər bölgələrindən fərqli olaraq Gəncə şəhərində isə Gəncə Regional Elmi Mərkəzin nəzdində ayrılıqda arxeologiya, etnoqrafiya və tarix bölmələri var. Həmin bölmələr də Gəncə şəhəri və ətraf 13 rayonun tarixinin öyrənilməsi ilə məşğul olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti