...

Azərbaycanda dövlət qulluğunda işləmək istəyənlər üçün yeni xəbər

Cəmiyyət Materials 15 Fevral 2013 16:31 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı ümumi müsahibə elan edilib.
Azərbaycanda dövlət qulluğunda işləmək istəyənlər üçün yeni xəbər

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı ümumi müsahibə elan edilib.

Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komissiya tərəfindən fevralın 15-dən martın 6-sı saat 18:00-dək dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı ümumi müsahibə elan edilib.

Ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar 20 gün müddətində namizədliklərinin qeydə alınması üçün müvafiq sənədlərlə şəxsən (bazar ertəsi - cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və ya poçt vasitəsilə komissiyaya müraciət etməlidirlər.

Qeyd edək ki, müsahibə 12 fövlət orqanında 85 vakant vəzifə və 89 vakant yerlər üzrə keçirilir. Müsahibədə iştirak etmək istəyənlər namizədliklərini aşağıdakı dövlət orqanları üzrə verə bilərlər: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (17 vəzifə üzrə 17 yer), Mədəniyyət və Turizm Nazirliyi (2 vəzifə üzrə 2 yer), Təhsil Nazirliyi (7 vəzifə üzrə 7 yer), Maliyyə Nazirliyi (1 vəzifə üzrə 1 yer), Kənd Təsərrüfatı Nazirliyi (1 vəzifə üzrə 1 yer), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (3 vəzifə üzrə 3 yer), Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (3 vəzifə üzrə 3 yer), Əmlak Məsələləri Dövlət Komitəsi (12 vəzifə üzrə 12 yer), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (1 vəzifə üzrə 1 yer), Dövlət Sosial Müdafiə Fondu (36 vəzifə üzrə 40 yer), Bakı Ağır Cinayətlər Məhkəməsi (1 vəzifə üzrə 1 yer) və Bakı şəhər Nəsimi Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti