...

Heydər Əliyevin 90 illiyinə həsr olunmuş "Platin" Qələm Mükafatının təqdimatı keçirilib

Cəmiyyət Materials 16 Fevral 2013 19:21 (UTC +04:00)
Bu gün Milli Qəhrəman Çingiz Mustafayev Fondu, "ANS Qrup"a daxil olan VMF, həmçinin tanınmış "Caran d`Ache" şirkətlərinin təşkilatçılığı ilə Heydər Əliyevin 90 illiyinə həsr olunmuş "Azərbaycanlıyam!" məhdud saylı "Platin" Qələm Mükafatının təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, mükafat Azərbaycana layiqincə xidmət göstərən ölkənin görkəmli şəxslərinə təqdim olunub. Qələmin üzərinə "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" ifadəsi yüksək sənətkarlıq və zövqlə əks etdirilib. Mərasimdə mükafata layiq görülən 23 nəfər haqda məlumat verilib.
Heydər Əliyevin 90 illiyinə həsr olunmuş "Platin" Qələm Mükafatının
təqdimatı keçirilib

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir M.Əliyev /

Bu gün Milli Qəhrəman Çingiz Mustafayev Fondu, "ANS Qrup"a daxil olan VMF, həmçinin tanınmış "Caran d`Ache" şirkətlərinin təşkilatçılığı ilə Heydər Əliyevin 90 illiyinə həsr olunmuş "Azərbaycanlıyam!" məhdud saylı "Platin" Qələm Mükafatının təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, mükafat Azərbaycana layiqincə xidmət göstərən ölkənin görkəmli şəxslərinə təqdim olunub. Qələmin üzərinə "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" ifadəsi yüksək sənətkarlıq və zövqlə əks etdirilib.

Mükafatlar "ANS Qrup"un prezidenti Vahid Mustafayev və "Caran d`Ache" şirkətinin baş direktoru Silvio Laurenti tərəfindən təqdim edilib. Mükafata layiq görülənlər Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Qafqaz Müsəlmanları idarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, SSRİ xalq rəssamı Tahir Salahov, xalq artisti Polad Bülbüloğlu, xalq yazıçısı Çingiz Abdullayev, Yazıçılar Birliyinin sədri Anar, bəstəkar Arif Məlikov, SSRİ xalq artisti Zeynəb Xanlarova, xalq rəssamı Ömər Eldarov, Fəxri neftçi Xoşbəxt Yusifzadə, xalq artisti Şəfiqə Məmmədova, kinorejissor Eldar Quliyev, kibernetika alimi Lütfi Zadə, xanəndə Alim Qasımov, teatr rejissoru Aleksandr Şarovski, kaman ustası Habil Əliyev, xalq şairi Vaqif Səmədoğlu, pianoçu Fərhad Bədəlbəyli, əməkdar jurnalist Mais Məmmədov, futbolçu Ələkbər Məmmədov və yazıçı-publisist Elmira Axundova olub.

Qeyd edək ki, tanınmış "Caran d`Ache" şirkətinin məhsulu olan "Platin" qələmi yüksək beynəlxalq standartlara cavab verən, mürəkkəblə yazan qələmdir. Əl işi olduğundan hər bir qələm unikal və vahiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti