...

Bakıda bəzi yollar bağlıdır

Cəmiyyət Materials 18 Fevral 2013 10:58 (UTC +04:00)
Bakıda təmir–tikinti işləri ilə əlaqədar bəzi yollar bağlanıb, buna görə də sürücülərə alternativ yollar təqdim edilib.
Bakıda bəzi yollar bağlıdır

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bakıda təmir-tikinti işləri ilə əlaqədar bəzi yollar bağlanıb, buna görə də sürücülərə alternativ yollar təqdim edilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Məhəmməd Füzuli küçəsin təmir-tikinti işləri ilə əlaqədar bağlı olduğundan alternativ yol kimi Ş.Əzizbəyov küçəsindən (Şıxəli Qurbanov küç. istiqamətində) və Salatın Əsgərova küçəsindən (Səməd Vurğun küç. istiqamətində) istifadə etmək mümkündür. Səməd Vurğun küçəsində təmir tikinti işləri ilə əlaqədar isə yolun 2 zolağı bağlıdır.

Eyni zamanda, M. Nərimanov küçəsi H. Əliyev prospekti ilə kəsişmə istiqamətində tunel və piyada keçidinin tikintisi ilə əlaqədar bağlı olduğundan alternativ yol kimi Araz küçəsindən ("Ulduz" metrosu.) və Ə. Qayıbov küçəsindən istifadə etmək mümkündür. Həmçinin H. Əliyev prospekti M. Nərimanov küçəsi ilə kəsişməsində kənar yollar tunel və piyada keçidinin tikintisi ilə əlaqədar olaraq bağlı olduğundan kənar yoldan əsas yola keçmək olar.

Yeni metro stansiyasının tikintisi ilə əlaqədar Ceyhun Səlimov küçəsi bağlı olduğundan Tbilisi prospektindən və A.Salamzadə küçəsindən alternativ yol kimi istifadə etmək məsləhət görülür. Bundan başqa Z. Bünyadov prospektində tikinti və təmir-bərpa işləri ilə ilə əlaqədar prospektin bəzi hissələri bağlanıb. Lakin yolun bağlı hissələrində kənar yollarda hər iki istiqamətdə hərəkət var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti