...

Azərbaycanın bəzi ərazilərində sulu qar, qar yağacaq

Cəmiyyət Materials 18 Fevral 2013 12:31 (UTC +04:00)
Azərbaycanda havanın temperaturu nisbətən enəcək, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.
Azərbaycanın bəzi ərazilərində sulu qar, qar yağacaq

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda havanın temperaturu nisbətən enəcək, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında fevralın 19-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-5, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 19-da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

Fevralın 19-20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti