...

Azərbaycan ahıllar və əlilliyi olan şəxslərə sosial xidmət sahəsində Türkiyə təcrübəsini öyrənir

Cəmiyyət Materials 18 Fevral 2013 14:10 (UTC +04:00)
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib.
Azərbaycan ahıllar və əlilliyi olan şəxslərə sosial xidmət sahəsində Türkiyə təcrübəsini öyrənir

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd sosial yardım və müavinətlər, eləcə də sosial xidmət sisteminin təkmilləşdirilməsi işlərində qabaqcıl beynəlxalq təcrübənin, ayrı-ayrı ölkələrin müvafiq praktikasının öyrənilməsidir.

Fevralın 18-dən 25-dək davam edəcək səfər zamanı nümayəndə heyətimiz Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyində görüşlər keçirəcək, qardaş ölkənin sosial yardım və müavinətlər sistemi, onun elektron məlumat idarəetmə sistemi ilə yaxından tanış olacaq.

Eyni zamanda, ahıllara sosial xidmət, sosial təhlükəli vəziyyətdə olan uşaqların baxımsızlığının profilaktikası, onların, həmçinin əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial reabilitasiyası, ahıllar və əlilliyi olan şəxslərə sosial xidmət sahəsində Türkiyə təcrübəsi öyrəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti