...

Xəzər dənizinin suyundan içməli su kimi istifadə ediləcək

Cəmiyyət Materials 19 Fevral 2013 14:33 (UTC +04:00)
Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu hazırda test rejimində işləyir. Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çərşənbə günü jurnalistlərə deyib.
Xəzər dənizinin suyundan içməli su kimi istifadə ediləcək

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu hazırda test rejimində işləyir. Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çərşənbə günü jurnalistlərə deyib.

Onun sözlərinə görə, ən müasir standartlara cavab verən zavodda suvarma üçün istifadə olunan su təmizlənib. Suyun bir hissəsinin isə içməli su kimi istifadə olunması nəzərdə tutulur. Bunun üçün dəniz suyundakı minerallar tam götürülür və o, yenidən minerallaşdırılır.

"Yəni dəniz suyundakı minerallar tam götürülür, avtomatik olaraq bu suya insan orqanizmi üçün lazım olan minerallar əlavə edilir və çox yüksək keyfiyyətli su əldə olunur", - nazir deyib.

O qeyd edib ki, hazırda zavod test rejimində gündə 4-5 saat işləyir. Hələlik zavodun işi ilə bağlı hər hansı problem yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti