...

Əmək və əhalinin sosial müdafiəsi naziri qocalar və gənc əlillər evlərində əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub (FOTO)

Cəmiyyət Materials 19 Fevral 2013 15:55 (UTC +04:00)
Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov nazirliyin Bilgəh Müharibə və əmək əlilləri pansionatına (Qocalar evi) gələrək, burada aparılan əsaslı təmir və yenidənqurma, habelə pansionat üçün 5 mərtəbəli 170 yerlik ikinci korpusun tikintisi işləri ilə yaxından tanış olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri qocalar və gənc əlillər evlərində əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov nazirliyin Bilgəh Müharibə və əmək əlilləri pansionatına (Qocalar evi) gələrək, burada aparılan əsaslı təmir və yenidənqurma, habelə pansionat üçün 5 mərtəbəli 170 yerlik ikinci korpusun tikintisi işləri ilə yaxından tanış olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, pansionatın sakinləri ilə görüşən nazir Fizuli Ələkbərov Prezident İlham Əliyev tərəfindən ölkəmizdə ahıl insanların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən diqqət və qayğıdan söz açaraq, hər bir vətəndaşın, o cümlədən tənha ahıl və əlil şəxslərin firavan həyatının təminatının ölkə rəhbərinin siyasətində əsas prioritetlərdən biri olduğunu vurğulayıb. Nazir həmçinin bildirib ki, "2011-2013-cü illər Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən əsaslı təmiri və yeni korpusunun tikintisi aparılan Bilgəh Müharibə və əmək əlilləri pansionatı (Qocalar evi) yenidənqurma işlərindən sonra 350 nəfərə xidmət göstərəcək. O cümlədən, yeni 5 mərtəbəli korpusda 170 nəfər, hazırki korpus isə əsaslı təmirdən sonra 180 nəfərə xidmət göstəriləcək.

Qeyd edək ki, yeni korpusda qabaqcıl beynəlxalq təcrübədən irəli gələn meyarlara uyğun olaraq, tənha ahıl və əlillərin daha keyfiyyətli tibbi-sosial xidmətlə təmin edilməsi, habelə asudə vaxtlarının mənalı təşkili üçün kitabxana, idman zalları, onların özünüməşğulluğu üçün emalatxanalar yaradılacaq. Binanın ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq.

Bu diqqət və qayğının daha bir ifadəsi kimi, sosial xidmət müəsissələrində müasir tələblərə uyğun şəraitin yaradılması işlərinin aparıldığı bildirilərək, qeyd olunub ki, Şaqan 3 saylı, Saray 7 saylı, Buzovna 9 saylı internat evlərində olduğu kimi, digər belə müəsissələr də müasir standartlara uyğun şəraitə malik olacaq.

Bütün bu işlər, eləcə də Zabrat qəsəbəsində inşa olunan sosial müdafiə əhəmiyyətli yeni obyektlər (Zabrat qəsəbəsində Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq) dövlət başçısının təsdiqlədiyi və bu il yekunlaşacaq "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasına bir töhfə olacaq.

Daha sonra nazir Fizuli Ələkbərov Ramana Gənc Əlillərin Əmək və İstirahət Evinə gələrək, burada aparılan əsaslı təmir və yenidənqurma işləri ilə yerindəcə tanış olub və müvafiq tapşırıqlarını verib. Müəssisədə əlillərin məşğulluq və özünüməşğulluq imkanlarına yiyələnmələri üçün peşə hazırlığı kurslarının təşkili üçün də münasib şərait yaradılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti