...

Mədəniyyət və Turizm Nazirliyi turizm şirkətlərinə müraciət edib

Cəmiyyət Materials 19 Fevral 2013 16:47 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Şahdağ Qış-Yay Turizm Kompleksinə gələn turistlərlə bağlı turizm şirkətlərinə müraciət edib.
Mədəniyyət və Turizm Nazirliyi turizm şirkətlərinə müraciət edib

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Şahdağ Qış-Yay Turizm Kompleksinə gələn turistlərlə bağlı turizm şirkətlərinə müraciət edib.

Trend-in məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çərşənbə axşamı jurnalistlərə bildirib ki, turizm şirkətlərinə müraciət edərək kompleksə gələcək insanlarla bağlı bəzi məlumatların onlara əvvəlcədən, yəni səfər qabağı bildirilməsini istəyiblər.

"Biz müraciət edərək bildirmişik ki, şirkətlər əvvəlcədən gələn insanların sayı, çəkisi, boyu, ayağının ölçüsünü dəqiqləşdirsinlər. Çünki orada hər adama xidmət 40 dəqiqə vaxt aparır", - nazir deyib.

O bildirib ki, ötən həftənin şənbə və bazar günləri Şahdağ Qış-Yay Turizm Kompleksinə 2 min insan gəlib.

"Biz bu kompleksi işləri tam qurtarmamış açmaq fikrində deyildik. Sadəcə, müəyyən bir hissəsini açdıq və burada cəmi 40 otaq var. Bu, təkcə şənbə və bazar günləri gələn 2000 adamı yerləşdirməyə kifayət etmir. Təxminən 600-700 xizək var", - Qarayev deyib.

O bildirib ki, xizəklə sürüşmək çox məsuliyyətli və travmatik idman növüdür. Ona görə də qonaqların hər birinə məsuliyyətlə yanaşılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti