...

Azərbaycanda bələdiyyə fəaliyyətində olan qanun pozuntuları üzrə istintaqın nəticələri açıqlanıb

Cəmiyyət Materials 19 Fevral 2013 17:50 (UTC +04:00)
Yardımlı qəsəbə bələdiyyəsinin fəaliyyətində aşkar olunmuş qanun pozuntuları barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar əsasında istintaq aparılıb. Bu barədə çərşənbə axşamı Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat veriblər.
Azərbaycanda bələdiyyə fəaliyyətində olan qanun pozuntuları üzrə istintaqın nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir M.Əliyev/

Yardımlı qəsəbə bələdiyyəsinin fəaliyyətində aşkar olunmuş qanun pozuntuları barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar əsasında istintaq aparılıb. Bu barədə çərşənbə axşamı Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat veriblər.

Müəyyən edilib ki, Ataşov Ramiz Ağadədə oğlu Yardımlı qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işlədiyi 2007-2009-cu illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyənin adından 33 nəfər qəsəbə sakininə müxtəlif ölçülərdə torpaq sahələrinin ayrılması barədə qərarlar qəbul etməklə müvafiq sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib, bununla da "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi tərəfindən müəyyən olunmuş qiymətlərlə 122 650 manat dəyərində bələdiyyə mülkiyyətində olan 2.453 ha torpaq sahəsini 6 493 manata sataraq dövlətin və bələdiyyənin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

Ataşov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə ittiham elan edilib və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Yardımlı rayon məhkəməsinə göndərilib.

Məlumatda bildirilir ki, hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən korrupsiya hüquqpozmaları ilə əlaqədar müxtəlif sahələr üzrə 118 cinayət işinin istintaqı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti