...

Gəncədə piyadalara qarşı reyd keçirilib

Cəmiyyət Materials 19 Fevral 2013 20:41 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şəhərdə piyadaların müvafiq yerlərdə yeraltı keçidlərdən istifadə etməməsi ilə əlaqədar reydlər təşkil edib. Reydlər şəhərin mərkəzində həyata keçirilib.
Gəncədə piyadalara qarşı reyd keçirilib

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Gəncədə piyadalara qarşı reyd keçirilib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şəhərdə piyadaların müvafiq yerlərdə yeraltı keçidlərdən istifadə etməməsi ilə əlaqədar reydlər təşkil edib. Reydlər şəhərin mərkəzində həyata keçirilib.

Reydin məqsədi piyadaların ölümü ilə nəticələnən hadisələrin qarşısını almaq olub. Gəncə Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, piyadalar əksər hallarda maşınların sürətlə hərəkət etdiyi yollardan keçirlər. Ölüm təhlükəsi ilə üzləşən bu insanlar özləri ilə bərabər sürücülərin həyatını da riskə atırlar.

Polis keçirdiyi reyd zamanı insanları maarifləndirməklə bərabər həm də cərimələr yazıb. Şəhərin bəzi yerlərində piyadalar təhlükəsizlik zolağından istifadə edərək yolu keçmək istəsələr də, maşınlar onlara imkan vermir. Polis bu cür sürücülərin də davranışını hüquqi baxımdan qiymətləndirərək onları 20 manat məbləğində cərimələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti