...

Azərbaycanda abituriyentlərin sənəd vermələri və imtahana qeydiyyat asanlaşır

Cəmiyyət Materials 20 Fevral 2013 13:30 (UTC +04:00)
Azərbaycanda abituriyentlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının virtual ödəmə kartlarını internetdən və SMS-lə əldə edə bilərlər.
Azərbaycanda abituriyentlərin sənəd vermələri və imtahana qeydiyyat asanlaşır

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda abituriyentlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının virtual ödəmə kartlarını internetdən və SMS-lə əldə edə bilərlər.

Komissiyanın mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, TQDK-nın virtual ödəmə kartlarını plastik kartdan istifadə etməklə http://system.goldenpay.az/tqdk/index.jsp və http://tqdk.3dsecure.az/?agent=tqdk, NETMONEY kartlarından istifadə etməklə http://www.netmoney.az/http://www.portmanat.az/ internet ünvanlarından əldə etmək olar.

Elektron ərizə vermək üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını (qiyməti 2 AZN) SMS-lə əldə etmək istəyən abituriyentlər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7725 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq.

Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını (qiyməti 3 AZN) SMS-lə əldə etmək istəyən abituriyentlər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq.

TQDK abituriyentlərdən virtual ödəmə kartlarında göstərilən məlumatları itirməməyi və məxfi saxlamağı xahiş edir.

Ödəmə kartları SMS-lə əldə edildikdə abonentin balansından 18% ƏDV də tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti