...

YAP gəncləri "Xocalıya ədalət" kampaniyası çərçivəsində yeni layihəyə başlayır

Cəmiyyət Materials 20 Fevral 2013 14:06 (UTC +04:00)
Azərbaycanda ən böyük gənclər ordusunu öz ətrafında biləşdirən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Növbəti layihə “Xocalıya ədalət” kampaniyası çərçivəsində reallaşdırılacaq e-mail aksiyadır.
YAP gəncləri "Xocalıya ədalət" kampaniyası çərçivəsində yeni layihəyə başlayır

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Azərbaycanda ən böyük gənclər ordusunu öz ətrafında biləşdirən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Növbəti layihə "Xocalıya ədalət" kampaniyası çərçivəsində reallaşdırılacaq e-mail aksiyadır.

Birlikdən Trend-ə verilən məlumata görə, aksiyada partiyanın bütün rayon və şəhər təşkilatının gənclər birliklərinin üzvləri iştirak edəcək. Öncədən hazırlanmış ingilis dilində olan müraciət gənclər tərəfindən ABŞ Dövlət Departamentinin müxtəlif qurumlarına, insan haqlarının müdafiəsi ilə məşğul olan vətəndaş cəmiyyəti institutlarına göndəriləcək.

Müraciətdə Xocalı faciəsi haqqında konkret faktlara əsaslanan məlumatlar, bu faciəni soyqırım kimi tanıyan dövlətlər, beynəlxalq təşkilatlar, ABŞ-ın ştatları göstərilib.

Müraciət göndərilən ünvanlardan baş vermiş bu dəhşətli hadisəyə konkret münasibət bildirmələri, təmsil olunduqları ölkələrdə və ali kürsülərdə Xocalı soyqırımı haqqında məlumat vermələri, bu cinayətin hüquqi qiymətləndirilməsi üçün kömək göstərmələri xahiş olunub.

Aksiyaya 21 fevral 2013-cü il tarixində saat 12:00-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ofisində start veriləcək. Aksiya fevral ayının sonuna kimi davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti