...

Bakıda ən böyük içməli su zavodu tikiləcək (FOTO)

Cəmiyyət Materials 20 Fevral 2013 14:18 (UTC +04:00)
Dow şəbəkəsinin (Nyu York birjasında DOW olaraq tanınır) bir qolu olan "Dow Water & Process Solutions" (Dow su və emalı həlləri) və Azəri Hidro Qrup ilə Türk Hidro Qrup arasında müştərək təşkilat olan HidroLotus Azərbaycanın paytaxtı olan Bakı şəhərində dünyanın ən böyük səthi su zavodunun tikilişi planları haqqında bu gün bəyan etdilər.
Bakıda ən böyük içməli su zavodu tikiləcək (FOTO)

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Dow şəbəkəsinin (Nyu York birjasında DOW olaraq tanınır) bir qolu olan "Dow Water & Process Solutions" (Dow su və emalı həlləri) və Azəri Hidro Qrup ilə Türk Hidro Qrup arasında müştərək təşkilat olan HidroLotus Azərbaycanın paytaxtı olan Bakı şəhərində dünyanın ən böyük səthi su zavodunun tikilişi planları haqqında bu gün bəyan etdilər. İşlər 2012-ci ilin iyun ayında başlamışdır. 2013-cü ilin sonunda zavodun gündəlik 520 000 kub metr emal gücünə çatdırılması gözlənilir. Zavodun Bakının 3 milyonluq əhalisi üçün əsas içməli su təchizatçısına çevrilməsi gözlənlir.

Zavod hal-hazırda milli su infrastrukturunun quruculuğunu həyata keçirən HidroLotus tərəfindən tikilir və zavodun fəaliyyətində Dow texnoloji imkanlarından və suyun təmizlənməsi üzrə beynəlxalq təcrübədən istifadə edilir. Dow Water & Process Solutions Bakıdakı Ceyranbatan gölünün səth sularını saflaşdırmaq məqsədilə bu layihəni təkmilləşmiş UltraFiltrasiya (UF) modulları ilə təmin edəcək, həmçinin suyun zavodda toplanması, emalı, tullantıların neytrallaşdırılması və atılması, suyun ötürülməsi və son istehlakçıya çatdırılması mərhələlərinə tam texniki dəstək verəcəkdir. Layihədə DOW Ultrafiltration IntegraPac™ platforma və modullarından, əvvəlcədən layihələndirilmiş və qurulmağa hazır olan qurğulardan istifadə ediləcək ki, bu da layihənin tələblərini çox qısa müddətdə yerinə yetirmək məqsədilə qurğuların daha tez yığılmasına imkan verəcək.

"Dünyanın ən böyük və hörmətli kimya şirkəti, su emalı sənayesində dünyanın aparıcı şirkəti olan Dow Kimya Şirkəti ilə (The Dow Chemical Company) ortaq olmağımıza şadıq. İnanırıq ki, bu əməkdaşlıq bizə Bakıda Ceyranbatan gölü ərazisində ən iri səthi su zavodunun birlikdə ucaldılmasına, şəhərin artan içməli su ehtiyacını ödəməyə, yerli əhaliyə 2000-dən çox peşəkar işin təklif olunmasına, məvaciblərin və vergilərin ödənilməsinə imkan verəcək", HidroLotus MMC-nin Layihə Koordinatoru Tankut Güzel qeyd etdi.

"Ceyranbatan layihəsi dünyada bu günə kimi tikilən ən böyük səthi su UltraFiltrasiya zavodudur; bu zavod mümkün olan ən qısa zamanda tikiləcək. Komandanın ötən bir neçə ay ərzində nəzərəçarpan faliyyəti, həmçinin işçi heyətimizin və ortağımız Dow şirkətinin işçi heyətinin fasiləsiz əməyi Bakı icmasının möhtəşəm mülkiyyəti olan bu layihənin uğurunu təmin etdi, " deyə Tankut əlavə etdi.

"Hal-hazırda Bakıda tikilən zavodda suyu daha təhlükəsiz, təmiz və filtrasiya, saflaşdırma və ayırma texnologiyaları üçün əlverişli hala gətirmək məqsədilə Dow Water & Process Solutions şirkətinin nou-hau və beynəxalq təcrübəsindən səmərəli şəkildə istifadə edilir," Cerceli Neyci, Dow Water & Process Solutions şirkətinin Rusiyada, Şərqi Avropada, Yunanıstanda və Türkiyədəki ticarət işləri üzrə regional meneceri bildirdi. "Bu gün əldə etdiyimiz naliyyət yerli orqanlarla və sifarişçimizlə apardığımız çox dəyəli və davamlı dialoq olmadan, yüksək peşəkarlığa malik olan və işinə sadiq olan yerli mütəxəssislərin və bu layihə üçün təyin edilmiş Dow komandası arasında qarşılıqlı əməkdaşlıq olmadan mümkün olmazdı"

"Yerli şirkətlərlə sıx fəaliyyət göstərmək, ölkədə yeni iş yerlərinin açılmasına yardım etmək, Azərbaycanın milli prioritetlərinin yerinə yetirilməsinin dəstəklənməsi və beləliklə də ölkənin iqisadi inkişafına öz töhvəmizi verməyə çox maraqlıyıq," Dow -nun Türkiyə və Mərkəzi Asiyada üzrə ölkə meneceri İhsan Necipoğlu bildirdi. "Azərbaycan Dow üçün strateji ölkədir. Sifarişçilərimizlə birbaşa əlaqələrin artırılması yolu ilə, sənayedə iştirakımızla, nou-hau texnologiyasını tətbiq etməklə iqtisadiyyatın diversifikasiyası istiqamətində dövlət planlarına öz töhvələrimizi artırmaq məqsədilə imkanlarımızı artıracağıq," İhsan əlavə etdi.

Zavodun layihələndirilməsi və tikintisində istifadə olunan DOW™ Ultrafiltration bazarda olan digər mikrofiltrasiya yaxud ultrafitrasiya məhsullarından daha möhkəm, kimyəvi təmizlənmələrə davamlı, qırılmalara daha az meylli olan iki-divarlı içi boş lifli PVDF membranından istifadə edir. Məsamə ölçüsünün eyni olması və suyun bayırdan daxil olması DOW™ Ultrafiltration membranının heç bir itkiyə yol vermədən mütləq arakəsmə yaratdığına zəmanət verir. Dow Ultrafiltration içməli su qurğuları üzrə NSF61 sertifikatına malikdir, həmçinin demək olar ki, bütün bərk hissəciklərin, bakteriyaların və virusların aradan götürülməsində səmərəlidir. Dow Ultrafiltration bərk maddələrlə daha çox yüklənməyə, axın sahəsinin artırılmasına və təmizləmənin asan olmasına imkan verir. Bundan əlavə DOW™ Ultrafiltration suyu içməli suya çevirmək üçün lazım olan filterləmə prosesinə xərclənən enerjini azaldır, əməliyyat xərclərini həmçinin istilik effekti yaradan qazların atmosferə buraxılmasını azaldır.

Dow haqqında

Dow (NYFB: DOW) insan cəmiyyətinin inkişafı üçün vacib olan yeniliklərin həyata keçirilməsi mqəsədilə elmin və texnologiyanın qüvvəsini birləşdirir. Şirkət təmiz su, bərpa olunan enerjinin istehsalı və saxlanması kimi dünyanın əksər çətin problemlərinin bir çoxunun həll edilməsinə yardım etmək və kənd təsərrüfatı məhsuldarlığını artırmaq üçün kimya və innovasiyanı dayanıqlıq prinsipləri ilə əlaqələndirir. Dow-ın xüsusi kimyəvi, müxtəlif materiallar, kənd təsərrüfatı və plastmas biznes sahələri üzrə çoxşahəli aparıcı portfeli təxminən 160 ölkədəki və elektronika, su, enerji, üzləmə və kənd təsərrüfatı kimi yüksək artımlı sektorlarda sifarişçiləri texnologiyaya əsaslanan məhsulların geniş çeşidi və həlli yolları ilə təmin edir. 2012-ci ildə Dow illik 57 milyard ABŞ dolları həcmində satış həyata keçirmişdir və dünyada təxminən 54.000 insan onun üçün çalışır. Şirkətin 5 000 mindən artıq məhsulu dünyanın 36 ölkəsinin 188 sahəsində istehsal edilir. "Dow", yaxud "Şirkət" dəqiq şəkildə başqa cür göstərilməyənədək Dow Chemical Şirkətini və onun törəmə şirkətlərini bildirir. Dow haqda daha ətraflı məlumatı www.dow.com saytından əldə etmək mümkündür.

Hidro-Lotus haqqında

Hidro-Lotus Azəri Hidro Group və Türk Lotus Group əməkdaşlıq müəssisələrinin nəzdində yaradılmış, Azərbaycan və regionlarda ictimai və özəl sektor müştəriləri üçün inteqrasiya həlləri yaratmaq yönündə ətraf mühit sektoruna fokuslanmışdır. Hidro-Lotus proses mühəndislik analizi və optimallaşdırılmadan tutmuş ətraflı dizayn və tikinti idarəsinə kimi su mühəndisliyinin bütün aspektlərində ixtisaslaşmış elmi və texniki heyətin əsas ətrafında inşa edilmişdir. Şirkət yüksək texnologiya və Bakı şəhərinə içməli su təchizatı üçün nəzərdə tutulmuş Ceyranbatan layihəsinə aid DOW Ultrafiltrasiya (UF) texnologiyalı qurğu kimi inkişaf etmiş məhsulları ilə birlikdə ilə ölkənin infrastrukturunu qurmaq üçün 1,5 milyard dollar olan ümumi portfeli idarə etməyi öz üzərinə götürür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti