...

Təhsil Nazirliyindən TQDK-ya dərslik problemi ilə bağlı sərt reaksiya gəldi

Cəmiyyət Materials 21 Fevral 2013 13:16 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ekspert Şurası tərəfindən I ("Azərbaycan dili" və "Riyaziyyat") və III siniflərin ("Həyat bilgisi", "Azərbaycan dili" və "Riyaziyyat") 5 adda dərsliyinin tədrisdə istifadə edilməsinin məqsədəuyğun olmaması barədə verilən rəyə münasibət bildirib.
Təhsil Nazirliyindən TQDK-ya dərslik problemi ilə bağlı sərt reaksiya gəldi

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ekspert Şurası tərəfindən I ("Azərbaycan dili" və "Riyaziyyat") və III siniflərin ("Həyat bilgisi", "Azərbaycan dili" və "Riyaziyyat") 5 adda dərsliyinin tədrisdə istifadə edilməsinin məqsədəuyğun olmaması barədə verilən rəyə münasibət bildirib.

Trend-in məlumatına görə, Mərdanov cümə axşamı jurnalistlərə bildirib ki, dərslikləri təsdiq və ya ləğv etmək səlahiyyəti hansı quruma verilibsə, yalnız o da həmin vəsaitlərin ləğvinə qərar verə bilər. Həmin qurum isə Təhsil Nazirliyidir.

"Mənə elə gəlir ki, bu gün istifadədə olan dərsliklərin ləğvi barədə fikir söyləmək doğru deyil. Ancaq hər kəsin öz fikri ola bilər", - Mərdanov deyib.

O qeyd edib ki, ancaq TQDK-nın yalnız düzgün olan təklif və rəyləri gələn il dərsliklərin hazırlanmasında hökmən nəzərə alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti