...

Azərbaycan Milli Elmlər Akademiyasına prezident əvəzi təyin olunub

Cəmiyyət Materials 21 Fevral 2013 19:03 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsinə yeni təyinat olub.
Azərbaycan Milli Elmlər Akademiyasına prezident əvəzi təyin olunub

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsinə yeni təyinat olub.

AMEA-nın Geologiya İnstitutundan Trend-ə bildiriblər ki, Akif Əlizadə Akademiya prezidenti səlahiyyətlərini müvəqqəti icra edəcək.

Bu təyinatadək Akif Əlizadə AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, fevralın 10-da AMEA prezidenti Mahmud Kərimov qəfil ürəktutmasından dünyasını dəyişmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti