...

Dəniz suyu içməyə hazırsınızmı?

Cəmiyyət Materials 22 Fevral 2013 10:18 (UTC +04:00)
İçməli su qıtlığı və əlavə su ehtiyatlarına ehtiyac artıq dünyanın bir çox regionlarında son həddə çatıb.
Dəniz suyu içməyə hazırsınızmı?

Azərbaycan, Bakı, 22 fevral /Trend/

İçməli su qıtlığı və əlavə su ehtiyatlarına ehtiyac artıq dünyanın bir çox regionlarında son həddə çatıb. Planetimizi bu qıtlıqdan yalnız Yer kürəsinin duzlu sularının şirin suya çevrilməsi xilas edə bilər. Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizinin duzsuzlaşdırılması layihəsi bu baxımdan böyük əhəmiyyət kəsb edir. Bu haqda daha ətraflı AZERNEWS onlayn qəzetinin 22 Fevral çap buraxılışında oxuya bilərsiniz.

Həmçinin, qəzetin bu sayında NATO-nun Baş katibi Anders Foq Rasmussenin müdafiə sahəsinə investisiyaların əhəmiyyəti barəsində fikirləri, Azərbaycan əhalisinin sağlamlığının qorunması məqsədilə qida məhsullarının tərkibinin vitaminlərlə zənginləşdirilməsi,
"Azərbaycan Respublikası Qırmızı kitabı"nın ikinci buraxılışının ilkin versiyasının ictimai müzakirəyə çıxarılması və digər maraqlı məqalələrlə tanış ola bilərsiniz.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti