...

Bakı Ali Neft Məktəbində Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2013 11:56 (UTC +04:00)
Bu gün Bakı Ali Neft Məktəbində (BANM) Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Bakı Ali Neft Məktəbində Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakı Ali Neft Məktəbində (BANM) Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Trend-in məlumatına görə, tədbirdə millət vəkili Bəxtiyar Sadıqov, BANM kollektivi və digər qonaqlar iştirak ediblər. "Ana fəryadı" abidəsini ziyarət etdikdən sonra tədbiri giriş sözü ilə açan ali məktəbin rektoru Elmar Qasımov çıxış edərək Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı faciəsi haqqında danışıb.

O bildirib ki, tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımıza qarşı müxtəlif faciələr törədilib və Xocalı da o soyqırımlardan biridir.

"Xocalı faciəsi düşünülərək, planlı şəkildə həyata keçirilmiş, insanlıq əleyhinə törədilən ən ağır cinayətdir. Bu soyqırımı həyata keçirən insanlar bu gün Ermənistan dovlətinin siyasi elitası olub. Vandalizmi həyata keçirən və törətdikləri vəhşilikləri yüksək fəxrlə qələmə alan və dünya ictimaiyyətinə çatdıran Zori Balayan kimi vandallar Ermənistan tərəfindən milli qəhrəman adına layiq görülüb. Bu isə erməni millətinin hansı insani dəyərlərə və keyfiyyətlərə mənsub olduğunun ən böyük göstəricisidir", - Qasımov bildirib.

Sonra tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Xocalı soyqırımı" filmi nümayiş olunub.

Daha sonra tədbirdə çıxış edən millət vəkili Bəxtiyar Sadıqov bildirib ki, Xocalı soyqırımı XX əsrdə insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli hadisələrdəndir.

O qeyd edib ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev Fondunun, Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarının və diaspor təşkilatlarının səyləri nəticəsində artıq bir sıra dünya dövlətlərinin parlamentləri Xocalı faciəsini soyqırım kimi tanıyıb və pisləyiblər.

"Bu gün dünyada silahlar deyil, beyinlər savaşır, dünyada informasiya müharibəsi gedir. Bunun üçün Azərbaycan xalqının savadlı, milli kimliyinə, dəyərlərinə və tarixinə sahib çıxan gənclərə ehtiyacı var. Gəncləri Xocalı faciəsinin tanıdılmasında aktiv olmağa çağırırıq", - Sadıqov bildirib.

Daha sonra müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti