...

MDB İnformasiya Şurasının yeni sədri seçilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 25 Fevral 2013 13:23 (UTC +04:00)
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (MDB İnformasiya Şurası) yeni sədri seçilib.
MDB İnformasiya Şurasının yeni sədri seçilib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:42-də yayılıb)

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir M.Əliyev/

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (MDB İnformasiya Şurası) yeni sədri seçilib.

Trend-in məlumatına görə, İTAR-TASS-ın yeni direktoru Sergey Mixaylov bazar ertəsi Bakıda keçirilən MDB İnformasiya Şurasının XVI iclasında qurumun yeni sədri seçilib.

Mixaylov bu postda Vitali İqnatenkonu əvəz edib.

İclasda çıxış edən Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanov qeyd edib ki, infofrmasiya cəmiyyətinin formalaşdığı dövrdə MDB İnformasiya Şurasının əhəmiyyəti və rolu dəfələrlə artmaqdadır.

"Bu təşkilat Avropa və Asiya qitələrinin bir hissəsini əhatə edən vahid informasiya məkanının yaradılması üzrə mühüm vəzifələri reallaşdırır, milli informasiya agentliklərinin fəaliyyətinin əlaqələndirilməsini, təcrübə mübadiləsini həyata keçirir ki, bu da bizi yeni biliklərlə zənginləşdirir, dünya informasiya bazarında rəqabətə davamlılığın yüksəldilməsinə kömək edir", - Aslanov bildirib.

O, həmçinin qeyd edib ki, iclasın gündəliyindəki mühüm məsələlərdən biri 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70 illiyi ilə bağlı tədbirlərə hazırlıqdır.

Aslanov bildirib ki, MDB ölkələrinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclası əlamətdar hadisə - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ərəfəsində keçirilir.

Şuranın fəaliyyətdə olan sədri Vitali İqnatenko, öz növbəsində, Azərbaycanda düzgün informasiya məkanının təşəkkül tapdığını vurğulayıb.

"Azərbaycan müxtəlif informasiya mənbələrinə informasiya əlverişliliyi nümunəsi verir", - İqnatenko deyib.

Onun sözlərinə görə, informasiya agentliyi müxtəlif ölkələr arasında informasiya körpüsünün qurulmasına kömək edir.

O, həmçinin qeyd edib ki, MDB ölkələrinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclası zamanı ətraf mühitin mühafizəsi məsələləri də müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti