...

YAP Nizami rayon təşkilatının gəncləri Xocalı soyqırımı ilə bağlı flaşmob aksiyası keçiriblər (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2013 10:40 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının gəncləri erməni quldurları tərəfindən törədilmiş Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar flaşmob aksiyası keçiriblər.
YAP Nizami rayon təşkilatının gəncləri Xocalı soyqırımı ilə bağlı flaşmob aksiyası keçiriblər   (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının gəncləri erməni quldurları tərəfindən törədilmiş Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar flaşmob aksiyası keçiriblər.

Gənclər aksiyaya əllərində Azərbaycan Respublikasının dövlət və Yeni Azərbaycan Partiyasının bayraqları, "Xocalıya ədalət" plakatları, həmçinin üzərinə Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotoların vurulduğu geyimlərlə qatılıblar.

Qeyd edək ki, 21 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib, bəşəriyyətin ən böyük faciələrindən birini - Xocalı soyqırımını törədiblər. Bu hərbi təcavüz zamanı Xocalı şəhəri yerlə-yeksan edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Hərbi təcavüz nəticəsində 613 nəfər, o cümlədən qadınlar, uşaqlar, qocalar xüsusi qəddarlıqla qətlə yetirilib, cəsədləri üzərində təhqiredici hərəkətlərə yol verilib. Soyqırımı nəticəsində bir neçə ailə bütünlüklə qətlə yetirilib, 1275 nəfər girov götürülüb, yüzlərlə dinc sakin əlil olub. Girov götürülənlərdən 150 nəfərinin taleyi hələ də məlum deyildir.

Fevralın 25-də baş tutan aksiyada gənclərin əvvəlcə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə təmirdən sonra açılışı olmuş Heydər Əliyev Park-bulvar istiqamətində yürüşü olub.

Flaşmobun əsas hissəsinin keçirilməsinin planlaşdırıldığı məkana çatdıqdan sonra gənclər "XOCALI" formasında düzülərək, Xocalı soyqırımı zamanı həlak olmuş insanların xatirəsinə ehtiram əlaməti olaraq, bir dəqiqəlik sükutla onları yad ediblər.

Daha sonra üzərində Xocalı soyqırımının dəhşətlərini əks etdirən şəkillərin və məlumatların yer aldığı hava məşəlləri yandırılıb, havaya buraxılıb.

Bununla da məqsədi bir daha Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq işinə töhfə vermək olan flaşmob aksiyası başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti