...

Azərbaycanda gənclərin QHT-lərinin layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edilib

Cəmiyyət Materials 26 Fevral 2013 14:10 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.
Azərbaycanda gənclərin QHT-lərinin layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edilib

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir M.Əliyev/

Gənclər və İdman Nazirliyi gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatları arasında aşağıdakı istiqamətlər üzrə layihələrin qəbuluna başlanılıb:

- gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği;
- gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;
- gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi;
- gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi;
- gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş;
- gənclər üçün sosial və psixoloji xidmətlərin göstərilməsi;
- özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyət siyasətinin formalaşdırılmasında iştirak.

Layihənin yazılış formasını və layihənin büdcəsinin hazırlanmasına dair təlimatı Gənclər və İdman Nazirliyinin rəsmi internet səhfəsindən əldə etmək olar. Layihələr 2013-cü ilin fevral ayının 25-dən mart ayının 19-dək nazirliyin Ekspert - Məsləhət Şurasına çap və CD diskdə
elektron formada təqdim olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti