...

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin hesabat görüşü keçirilib

Cəmiyyət Materials 27 Fevral 2013 12:46 (UTC +04:00)
Martın 1-də Ədliyyə Nazirliyi yanında İctimai Komitənin hazırkı tərkibinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar həmin qurumun təmsilçilərinden ibarət olan Seçki Komissiyası ilə hesabat görüşü keçirilib.
Ədliyyə Nazirliyi yanında İctimai Komitənin hesabat görüşü keçirilib

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İzzət/

Martın 1-də Ədliyyə Nazirliyi yanında İctimai Komitənin hazırkı tərkibinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar həmin qurumun təmsilçilərinden ibarət olan Seçki Komissiyası ilə hesabat görüşü keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov İctimai Komitənin işini müsbət qiymətləndirib.

Komitənin işi barədə hesabat verən nazir İK-nın üzvü Nazir Quliyev bildirib ki, penitensiar müəssisələrə 300-dən çox başçəkmə həyata keçirilib, 400-dən artıq məhkuma hüquqi yardım göstərilib, onların saxlanma şəraiti, məhkumlara yüksək ixtisaslı tibbi xidmətin göstərilməsi prosesi müşahidə olunub, islah işində yaxından iştirak edilib.

Quliyevin sözlərinə görə, komitənin monitorinqlərin nəticələri üzrə Ədliyyə Nazirliyinə təqdim etdiyi hesabatlar və tövsiyələr təhlil olunaraq zəruri tədbirlər görüb, ictimaiyyətə müntəzəm açıqlamalar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti