...

Peşə standartları sahəsində Sinqapur təcrübəsi öyrənilir (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2013 17:26 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Sosial müdafiənin inkişafı layihəsi"nin "ISCO 88/08-ə uyğun olaraq təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması" tapşırığını icra edən mütəxəssislər qrupu bu sahədə Sinqapurun əldə etdiyi müsbət təcrübəni öyrənmək məqsədilə həmin ölkədə səfərdə olublar.
Peşə standartları sahəsində Sinqapur təcrübəsi öyrənilir (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Sosial müdafiənin inkişafı layihəsi"nin "ISCO 88/08-ə uyğun olaraq təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması" tapşırığını icra edən mütəxəssislər qrupu bu sahədə Sinqapurun əldə etdiyi müsbət təcrübəni öyrənmək məqsədilə həmin ölkədə səfərdə olublar.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, səfər zamanı Sinqapur Milli Kvalifikasiya Çərçivəsinin və peşə standartlarının hazırlanması sahəsində əldə olunmuş təcrübə barədə mütəxəssislər qrupuna ətraflı məlumat verilib. Bununla bağlı olaraq, beynəlxalq ekspertlər Myu Lin və Sani Fua tərəfindən aparılan təlim kursunda Sinqapur Milli Kvalifikasiya Çərçivəsi, qiymətləndirmə və təlimin istiqaməti, səriştə standartının hazırlanması, kurikulum, təlim və qiymətləndirmə bələdçisi, səriştələrin kontekstləşdirilməsi, öyrənmə nəticələri (kvalifikasiya standartları) və digər mövzular əhatə olunub.

Təlimin sonunda təlim kursunun iştirakçıları qiymətləndirmədən müvəffəqiyyətlə keçib və sertifikatla təltif olunub. Məlumat üçün bildirək ki, SMİL-in qeyd olunan tapşırığı çərçivəsində Azərbaycan müəssisələrinin beynəlxalq əmək bazarında rəqabətə davamlılığını artırmaq, o cümlədən Azərbaycanda insan resurslarının inkişafını təmin etmək üçün 200 peşə, 100 təlim və iş yerlərində 200 peşə üzrə qiymətləndirmə standartı hazırlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti