...

Ermənistanda tələbələr etiraz aksiyasına başlayırlar

Cəmiyyət Materials 28 Fevral 2013 13:35 (UTC +04:00)
Ermənistanın Gümrü şəhərinin dövlət və özəl ali məktəblərinin tələbələri bu gündən etibarən prezident seçkilərinin saxtalaşdırılmasına etiraz edərək tətilə başlayırlar. Bu barədə Trend Ermənistan KİV-ə istinadən xəbər verir.
Ermənistanda tələbələr etiraz aksiyasına başlayırlar

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Ermənistanın Gümrü şəhərinin dövlət və özəl ali məktəblərinin tələbələri bu gündən etibarən prezident seçkilərinin saxtalaşdırılmasına etiraz edərək tətilə başlayırlar. Bu barədə Trend Ermənistan KİV-ə istinadən xəbər verir.

Aksiya Dövlət Pedaqoji İnstitutunun qarşısında başlayacaq, buradan da tələbələr Dövlət İqtisad Universitetinin filialına doğru yürüş edəcəklər.

Eyni vaxtda Gümrünün digər ali məktəblərinin tələbələri qruplarla Rusiya konsulluğunun binasına doğru gedəcək və burada "Ermənistanda prezident seçkilərini tanıdığına görə Rusiyaya ar olsun, Serj Sarkisyanı təbrik etdiyi üçün Rusiya hakimiyyətinə ar olsun!" şüarları ilə etiraz aksiyası keçirəcəklər.

Tələbələr Rusiya konsuluna etiraz məktubu təqdim edəcək, daha sonra isə onlar İtaliyanın Gümrüdəki konsulluğuna doğru hərəkət edəcəklər.

Sonda tələbələr Gümrü Dram Teatrının qarşısında aksiya keçirmək fikrindədirlər. İştirakçılar üzlərini üzərində 5000 dram təsvir olunmuş plakatla örtəcək və əllərində "Satılmarıq" sözləri yazılmış plakatlar tutacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti