...

Ələt-Astara magistralı yolunda dağılan körpü ilə bağlı alternativ yol salınır

Cəmiyyət Materials 4 Mart 2013 10:40 (UTC +04:00)
Bu gecə 02:00-03:00 radələrində ağırtonajlı avtomobillərin hərəkəti nəticəsində Ələt-Astara magistralı yolunun 140-cı kilometrliyində Mişarçay üzərindəki körpünün aşırım tirləri qırılıb. ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Ələt-Astara magistralı yolunda dağılan körpü ilə bağlı alternativ yol salınır

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İzzət/

Bu gecə 02:00-03:00 radələrində ağırtonajlı avtomobillərin hərəkəti nəticəsində Ələt-Astara magistralı yolunun 141-ci kilometrliyində Mişarçay üzərindəki körpünün aşırım tirləri qırılıb. Bu barədə Trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, hadisə baş verəndən sonra minik avtomobilləri üçün alternativ yol verilib. Ağır tonajlı avtomobillərin hərəkəti üçün yaxın bir-iki gün ərzində alternativ yol salınacaq.

Mürsəliyev bildirib ki, körpü 1964-cü ildə inşa edilib. Körpünün uzunluğu 47,9 metr, qabariti isə 9,3 metrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti