...

BMT Azərbaycanda Gender Siyasətinə dair Milli Fəaliyyət Planının hazırlanmasını vacib sayır

Cəmiyyət Materials 5 Mart 2013 12:58 (UTC +04:00)
Azərbaycanda Gender Siyasətinə Dair Milli Fəaliyyət Planı hazırlanmalıdır. Trend-in məlumatına görə, bunu BMT-nin Əhali Fondunun proqram müşaviri Bəhicə Əliyeva deyib.Onun sözlərinə görə,Azərbaycanda “Gender bərabərliyinin təminatı haqqında” qanun qəbul olunsa da,onun işlənmə mexanizmi yoxdur.
BMT Azərbaycanda Gender Siyasətinə dair Milli Fəaliyyət Planının hazırlanmasını vacib sayır

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda Gender Siyasətinə dair Milli Fəaliyyət Planı hazırlanmalıdır. Trend-in məlumatına görə, bunu BMT-nin Əhali Fondunun proqram müşaviri Bəhicə Əliyeva deyib. Onun sözlərinə görə, Azərbaycanda "Gender bərabərliyinin təminatı haqqında" qanun qəbul olunsa da, onun işlənmə mexanizmi yoxdur.

Bu qanunun işlənmə mexanizminin olmasını vacib sayan Əliyeva bildirib ki, Azərbaycanda "Məişət zorakılığı haqqında" qanun qəbul edilib. Hazırda bu qanunla bağlı BMT-nin tədbirlər planının hazırlanması üzərində işlərin aparıldığını bildirən proqram müşavirinin sözlərinə görə, qadın problemləri, gender problemləri yalnız qadının problemləri deyil. Bu, dövlətin problemi olduğu üçün bu sahədə də tədbirlər görülməlidir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkə üzrə nümayəndəsi Dag Sigurdson bildirib ki, Azərbaycanda 2010-cu ildə qəbul edilmiş "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun təbliğatı aparılmalıdır.

"Qanun özlüyündə bir kağız parcasıdır. Ona görə də media, mülki cəmiyyət bu qanunu təbliğ etməlidir ki, hər kəs ondan xəbərdar olsun",-Sigurdson əlavə edib.

O qeyd edib ki, BMT QAK-ın dünyanın hər yerində apardığı işlərdə qadınlar xüsusi diqqət mərkəzində saxlanılır.

Sigurdson qeyd edib ki, bu gün Azərbacanda 600 mindən artıq məcburi köçkün var. BMT QAK Azərbaycan hökuməti ilə birgə əməkdaşlıq etməklə onların problemlərinin həllinə çalışır.

Onun sözlərinə görə, əslində, BMT QAK və ya hansı BMT qurumu qadınların və ya əhalinin bir qrupunun probleminin həlli üçün məsul orqan deyil.

"BMT-nin Azərbaycanda fəaliyyət göstərən qurumları qadınların problemlərinin həlli ilə bağlı xüsusi layihələr həyata keçirirlər. Hər 2 ildən bir məcbur köçkün və qaçqınlarla birgə onların problemlərini müzakirə edirik. Əldə etdiyimiz məlumatları biz öz poqramlarının içrasında, qiymətləndirilməsində istifadə edirik",- QAK nümayəndəsi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti