...

Azərbaycanda magistraturaya qəbul imtahanının ilk mərhələsinin nəticələri açıqlandı (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 5 Mart 2013 17:02 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə martın 3-də keçirdiyi qəbul imtahanının ilk mərhələsinin nəticələrini açıqlayıb.
Azərbaycanda magistraturaya qəbul imtahanının ilk mərhələsinin nəticələri açıqlandı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə martın 3-də keçirdiyi qəbul imtahanının ilk mərhələsinin nəticələrini açıqlayıb. Həmçinin, komitənin saytında imtahan iştirakçılarının cavab kartlarının qrafik təsviri yerləşdirilib.

Komissiyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, bakalavrlar imtahan nəticələrini artıq mobil telefonları vasitəsilə öyrənə bilərlər. İmtahanın nəticələri TQDK-nın saytında da yerləşdirilib.

2013/2014-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul İmtahanda iştirak etmək üçün 21623 bakalavr qeydiyyatdan keçib. Onlardan 526 nəfər imtahana gəlməyib, 20 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub. İmtahanda 21077 nəfər iştirak edib. İmtahanda ən yüksək nəticə isə 97 bal olub.

İmtahanda iştirak etmək üçün 21 623 bakalavr ərizə təqdim edib. Onlardan 19 080 nəfəri Azərbaycan bölməsi, 2543 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 10 154 nəfəri oğlan, 11 469 nəfəri isə qızlardır.

Bakalavrlardan 11 963 nəfəri cari ilin məzunları, 9660 nəfəri isə əvvəlki illərin məzunlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti