...

Azərbaycanda ən çox yağıntı Lənkəran ərazisinə düşüb

Cəmiyyət Materials 6 Mart 2013 11:49 (UTC +04:00)
Martın 5-i gün ərzində, martın 6-sı gecə və səhər ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçməsi nəticəsində ən çox yağıntı Lənkəran ərazisinə düşüb.
Azərbaycanda ən çox yağıntı Lənkəran ərazisinə düşüb

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İsabalayeva/

Martın 5-i gün ərzində, martın 6-sı gecə və səhər ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçməsi nəticəsində ən çox yağıntı Lənkəran ərazisinə düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə verilən məlumata görə, martın 5-i gün ərzində, martın 6-sı gecə və səhər ölkə ərazisində hava şəraiti qeyri-sabit, güclü küləkli və yağıntılı olub. Bəzi yerlərdə qar yağıb. Lənkəranda 40.0 mm, Göygöl, Astarada 26.0 mm, Daşkəsəndə 20.0 mm, Yardımlı, Ordubadda 18.0 mm, Sabirabad, Göytəpədə 16.0 mm, Rvarudda (Lerik) 14.0 mm, Gədəbəydə 12.0 mm, Cəfərxan, Qəbələdə 11.0 mm, Qubada 10.0 mm, Şamaxıda 9.0 mm, Biləsuvar, Xaçmazda 8.0 mm, Lerik, İsmayıllı, Ağdərədə (Ordubad) 7.0 mm, İmişli, Kürdəmir, Kəlvəz, Sarıbaş (Qax), Altıağacda 6.0 mm, Şahbuz, Oğuz, Beyləqan, Göyçayda 4.0 mm, Salyanda 3.0 mm, Culfa, Kişçayda (Şəki) 2.0 mm, Naxçıvan, Şərur, Gəncə, Şəki, Zərdab, Neftçalada 0.0-0.1 mm, Bakıda və Abşeron yarımadasında 1.0-3.0 mm yağıntı düşüb.

Qar örtüyünün hündürlüyü Sarıbaşda 33 sm, Göygöldə 32 sm, Gədəbəydə 24 sm, Daşkəsəndə 22 sm, Ordubadda 20 sm, Yardımlı, Altıağacda 18 sm, Ağdərədə 16 sm, Lerikdə 15 sm, Xınalıq, Rvarudda 14 sm, Kəlvəzdə 13 sm, Qubada 11 sm, Şamaxı, İsmayıllıda 3 sm, Qəbələ, Mərəzədə 2 sm, Şahbuzda 1 sm olub.

Neftçlada şimal-qərb küləyinin sürəti 28 m/s, Tərtərdə 25 m/s, Mingəçevirdə 20 m/s, Ağstafa, Biləsuvarda 18 m/s, Ceyrançöl, Şərur, Yevlaxda 16 m/s, Abşeron yarımadasında və Abşeron Dəniz rayonunda 20-25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.2 metrə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti