...

Azərbaycan ərazisində hava nisbətən mülayimləşəcək, yağıntılar kəsiləcək

Cəmiyyət Materials 6 Mart 2013 12:15 (UTC +04:00)
Sabahdan Azərbaycan ərazisində hava nisbətən mülayimləşəcək,yağıntılar tədricən kəsiləcək.
Azərbaycan ərazisində hava nisbətən mülayimləşəcək, yağıntılar kəsiləcək

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İsabalayeva/

Sabahdan Azərbaycan ərazisində hava nisbətən mülayimləşəcək,yağıntılar tədricən kəsiləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında martın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Bəzi şərq rayonlarında martın 6-dan 7-nə keçən gecə və səhər havanın yağıntılı olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti