...

8 mart - Beynəlxalq Qadınlar Günü Azərbaycanda gözlənilən hava proqnozu

Cəmiyyət Materials 6 Mart 2013 16:57 (UTC +04:00)
8 mart - Beynəlxalq Qadınlar Günü Azərbaycanda mülayim, yağmursuz hava şəraiti hökm sürəcək.
8 mart - Beynəlxalq Qadınlar Günü Azərbaycanda gözlənilən hava proqnozu

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İsabalayeva/

8 mart - Beynəlxalq Qadınlar Günü Azərbaycanda mülayim, yağmursuz hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildiriblər ki, martın 8-də Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz, dəyişkən buludlu olacaq, axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyinin sürəti 10-15 m/san olacaq, arabir küləyin sürəti 18-23 m/san-dək güclənəcək. Havanın temperaturu gecə 2-5, gündüz 8-13 dərəcə isti olacaq.

Martın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Çənub küləyinin sürəti 10-15 m/san, arabir 18-23 m/san olacaq. Havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Martın 7-dən martın 9-dək Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər ayr-ayrı yerlərdə duman müşahidə ediləcək. Naxçıvan Muxtar Respublikasında gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 5 dərəcəyək şaxta olacaq. Havanın temperaturu gündüz 10-15, bəzi yerlərdə 19 dərəcəyə kimi isti olacaq.

Mərkəzi Aran rayonlarında havanın temperaturunun 0-5 dərəcə isti, gündüz 10-15, bəzi yerlərdə isə 18 dərəcəyədək isti olacağı gözlənilir.

Ölkənin cənub rayonlarında gecə 4-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti, şimal və şimal-şərq rayonlarında isə havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, bəzi yerlərdə 16 dərəcəyədək isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti