...

Azərbaycanda vərəmlə bağlı yeni aksiya keçiriləcək

Cəmiyyət Materials 19 Mart 2013 16:40 (UTC +04:00)
Azərbaycan Səhiyyə Kommunikasıyası Assosiasiyasından çərşənbə axşamı Trend-ə verilən məlumata görə, 24 Mart - Beynəlxalq Vərəmlə Mübarizə Günü ilə əlaqədar "Özünü və yaxınlarını qoru!" devizi altında aksiyanın həyata keçirilməsi nəzərdə tutulub.
Azərbaycanda vərəmlə bağlı yeni aksiya keçiriləcək

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda əhalinin maarifləndirilməsi məqsədilə vərəmlə bağlı yeni aksiya keçiriləcək.

Azərbaycan Səhiyyə Kommunikasıyası Assosiasiyasından çərşənbə axşamı Trend-ə verilən məlumata görə, 24 Mart - Beynəlxalq Vərəmlə Mübarizə Günü ilə əlaqədar "Özünü və yaxınlarını qoru!" devizi altında aksiyanın həyata keçirilməsi nəzərdə tutulub.

Aksiya çərçivəsində Azərbaycanda ilk dəfə olaraq "Park Cinema" kinoteatrında seanslardan əvvəl Azərbaycan Səhiyyə Kommunikasıyası Assosiasiyasının həyata keçirdiyi "Azərbaycanda vərəmin səmərəli profilaktikası və müalicəsi üçün kommunikasiya materiallarının hazırlanması" layihəsi çərçivəsində vərəmə qarşı mübarizə mövzusunda hazırlanmış maarifləndirici videoçarxlar nümayiş etdiriləcək.

"Park Cinema" kinoteatrı və Azərbaycan Səhiyyə Kommunikasıyası Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq aksiyanın məqsədi əhalinin, xüsusən də gənclərin vərəmə qarşı mübarizə mövzusunda maariflənməsinə yardım göstərməkdir. Videoçarxlarda vərəmin əlamətləri və müalicəsi ilə bağlı mesajlar verilir. Xüsusən vurğulanır ki, vərəm vaxtında aşkar edildikdə və düzgün müalicə aparıldıqda tam sağalır.

Qeyd edək ki, videoçarxlar "Total E&P Azərbaycan B.V." şirkəti və Vərəm Əleyhinə Milli Proqramla əməkdaşlıqda hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti