...

Azərbaycanlı tələbələr 31 Mart faciəsinin ildönümü ilə əlaqədar Kiprdə yürüş edəcəklər

Cəmiyyət Materials 29 Mart 2013 17:13 (UTC +04:00)
Kiprdə Azərbaycanlı Tələbələr Birliyi Lefkoşa şəhərindəki Heydər Əliyev prospektində 31 Mart faciəsinin ildönümü ilə əlaqədar yürüş edəcəklər. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər.
Azərbaycanlı tələbələr 31 Mart faciəsinin ildönümü ilə əlaqədar Kiprdə yürüş edəcəklər

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İzzət/

Kiprdə Azərbaycanlı Tələbələr Birliyi Lefkoşa şəhərindəki Heydər Əliyev prospektində 31 Mart faciəsinin ildönümü ilə əlaqədar yürüş edəcəklər. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Komitədən verilən məlumatda həmçinin bildirilir ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Türkiyədə yerli kütləvi informasiya vasitələrində işıqlandırılacaq. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası faciənin anım günü Kocaeli şəhərində aparıcı yerli kütləvi informasiya vasitələri üçün mətbuat konfransı təşkil edəcək. Mətbuat konfransında 1918-ci ilin 31 mart və 1-2 aprel tarixlərində ermənilərin Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə dinc əhaliyə amansızlıqla divan tutması haqqında məlumat veriləcək. Həmin hadisələr zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndinin xarabalığa çevrilməsi, 700 minədək soydaşımızın öldürülməsi və digər tarixi faktlar KİV-in diqqətinə çatdırılacaq.

Bundan başqa, martın 30-31-də Kocaeli, Yalova, İzmir, Əskişəhər və İstanbul şəhərlərində də 31 Mart soyqırımına həsr olunmuş anım mərasimləri, fotosərgilər, film nümayişlərinin təşkili nəzərdə tutulub.

Gürcüstan, Misir və Qazaxıstanda fəaliyyət göstərən diaspor təşkilatlarımız da Azərbaycanlıların soyqırımı ilə bağlı tədbirlər keçirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti